Ağsuda baş vermiş yanğında gəlinin üzü yandı

Ağsuda baş vermiş yanğında gəlinin üzü yandı
Bütün Xəbərlər
01:30 03.09.2013
1035

Yaralı yaxınları tərəfindən Ağsu mərkəzi rayon xəstəxanasına aparılıb

Ağsu rayonu, Rəhimağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğın zamanı ev sahibinin gəlini əl və üz nahiyyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər çatana kimi yaxınları tərəfindən Ağsu mərkəzi rayon xəstəxanasına aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR