Ağsuda keçmiş əri məktəb direktorunu öldürdü

Ağsuda keçmiş əri məktəb direktorunu öldürdü
Bütün Xəbərlər
15:06 04.11.2015
1063
İki uşaq anası hadisə yerində ölüb.
Ağsu rayonunda qətl hadisəsi törədilib.
AZXEBER.COM xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, rayonun Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, Ərəbsarvan kənd sakini, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını mübahisə zəminində bıçaqlayıb.
İki uşaq anası E.Eyyubova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Məlumata görə, rayonun Hacıqədirli kəndindəki 4 illik orta məktəbin direktoru işləyən E.Eyyubova 3 il öncə K.Xanlarovdan boşanıb. O, övladları ilə birlikdə Ərəbsarvan kəndində yaşayıb. E.Eyyubova bir müddət əvvəl keçmiş ərinin uşaqlarına görə aliment verməməsi barədə polisə müraciət edib. Müraciət əsasında K.Xanlarov saxlanılaraq 20 günlük həbs cəzasına məhkum edilib. O, həbsxanadan çıxan kimi keçmiş arvadının evinə gedib və qətl törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR