Ağsuda qəza: Xəsarət alanlar var

Ağsuda qəza: Xəsarət alanlar var
HADİSƏ
22:46 21.03.2024
1271
Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, rayonun Qaraqaşlı kəndi ərazisində KIA markalı minil avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Murad Ağadur oğlu Abdullayev, 2005-ci il təvəllüdlü İnqilab Müşfiq oğlu Hüseynli və 2006-cı il təvəllüdlü Cavid Mətləb oğlu Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR