Azərbaycanın Zaqatala rayonunda at velosipedçini vuraraq öldürüb.Bu barədə Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Danaçı kəndi ərazisində qeydə alınıb. 1964-cü il təvəllüdlü, Danaçı kənd sakini Atayev Şaban Məmmədəli oğlu kənd ərazisində velosipedlə hərəkətdə olarkən qarşı tərəfdən gələn at onu vurub. Atın zərbəsindən müxtəlif dərəcəli ağır bədən xəsarəti alan velosipedçi Şaban Atayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.