ATƏT-in Minsk Qrupunun həmsədrləri cəbhə bölgəsinə gedib

ATƏT-in Minsk Qrupunun həmsədrləri cəbhə bölgəsinə gedib
Bütün Xəbərlər
12:15 07.06.2011
1797

AZXEBER.COM portalının məlumatına görə, həmsədrlər Bərdədə jurnalistlərə açıqlama verib. Fransalı həmsədr Bernard Fasye bildirib ki, münaqişənin həlli ilə bağlı baza prinsiplərinin qəbul olunmasının artıq vaxtı çatıb. ABŞ-lı həmsədr Robert Bradtke son vaxtlar Azərbaycanla Ermənistan arasında müharibənin bərpa olunacağına dair fikirlər səsləndiyini vurğulayıb. “Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll olmasının tərəfdarıyıq. Bu münaqişə tərəflərin birgə əməkdaşlığı ilə sülhlə nəticələnə bilər”. Rusiyalı həmsədr İqor Popov da ölkəsinin ölkəsinin bu istiqamətdə öhdəsinə düşən işi yerinə yetirdiyini bildirib. Daha sonra həmsədrlər Ağdamın işğal altında olan Qərvənd kəndi istiqamətində yola düşüb.

 

OXŞAR XƏBƏRLƏR