Türkiyədnin Giresun şəhərində sərxoş ata 10 aylıq qızına işgəncə verib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sərxoş ata 10 aylıq qızını döyüb. Anası vəziyyəti pisləşən və şüurunu itirən körpəsini təəcili olaraq xəstəxanaya yerləşdirib.
18 yaşlı ana əvvəlcə qızının döyüldüyünü polisdən gizlədib. Körpənin atası tərəfindən döyüldüyü bəlli olduqda isə, 34 yaşlı ata polislər tərəfindən nəzarətə alınıb.
İfadəsi alınan ata həbs edilib.
Ozal İbrahimli