Məlum olub ki, Mansuru cinayət törətməyə sən demə, azyaşlı oğlu vadar edibmiş. Belə ki, Mansur 5 il əvvəl arvadı Annadan ayrılaraq işləmək üçün Moskvaya gedib. Təxminən 15 gün əvvəl övladını görməyə gələn Mansura oğlunun "ata, anam sənə xəyanət edir, onu başqa kişilərlə görmüşəm" deməsi onu özündən çıxarır. Dünən isə təsadüfən o, "Anadolu" restoranının qarşısında Anna ilə qarşılaşır. Mansur ona yaxınlaşaraq heç bir soz demədən cibindən ülgüc çıxararaq boğazını kəsir.
Qadın hazırda xəstəxanadadır. Həkimlər onun dindirlməsinə icazə vermir. Faktla bağlı materiallar artıq istintaqa göndərilib. /// milli.az