Ata azyaşlı nişanlı qızını bıçaqladı

Ata azyaşlı nişanlı qızını bıçaqladı
Bütün Xəbərlər
10:07 13.10.2012
1977
Bu gün axşam saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonunun Qonağkənd qəsəbəsi, Yeni Talabıqışlaq kəndində baş verib. Kənd sakini Elxan Balayev qızı 17 yaşlı Günəş Balayevanı ürək nahiyəsinə bıçaqla zərbə endirib.Xəsarət alan şəxs ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib. Hadisənin baş vermə səbəbi hələ ki məlum deyil.Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR