Ata bağlanıb sürüdülən qadının görüntüləri yayıldı - TƏFƏRRÜAT - VİDEO

SOSİAL
15:58 10.10.2019
16708
Goranboy rayonunda qonşular arasında davanın təfərrüatları məlum olub. 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupu Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı açıqlama verib. 

AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, Əlirzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.

Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürüdülmə məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır.

Qonşuları tərəfindən döyülən Sahilə Ələkbərova hadisənin necə baş verdiyini BAKU.WS-in bölgə müxbirinə danışıb:

"At keçmişdi onların qapısına. 12 yaşlı oğlumla getdim ki, atı gətirəm. Çatanda gördüm ki, atı saldılar içəri. Məni itələyib yıxdılar yerə. Anaları atın ipi ilə əllərimi bağladı və başladılar məni döyməyə. Qışqırmağa başladım səsə qonşular gəldi məni onların əlindən alıb xəstəxanaya gətirdilər. Üç nəfər idilər. Uşağımı da döyüblər".
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:00 10.07.2020

"Qaçqınkom"da aparılmış auditin nəticələri açıqlandı: pozuntular var

15:49 10.07.2020

"Lokomotiv"in daha 4 futbolçusu koronavirusa yoluxdu

15:41 10.07.2020

İqtidar-müxalifət dialoqu davam edir: Ədalət Vəliyev Mirmahmud Mirəlioğlu ilə görüşdü

15:36 10.07.2020

“İtalyanların ilk addımda etdiyi səhvləri biz də etdik” - İtaliyada yaşayan azərbaycanlı

15:27 10.07.2020

“Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan Əşrəfov

15:14 10.07.2020

Azərbaycandan Rusiyaya daha iki xüsusi reys planlaşdırılıb

15:04 10.07.2020

Çempionlar Liqasında 1/4 final və yarmfinalın cütləri məlum oldu - RƏSMİ

14:53 10.07.2020

İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

14:42 10.07.2020

Bakıda XVIII əsrdən qalan tarixi hamamın vəziyyəti nəzarətə götürüldü - FOTO

14:15 10.07.2020

Baş Prokurorluq suda batan əsgərlə bağlı məlumat yaydı

14:12 10.07.2020

Bakıda mağazalarda sosial izolyasiya qaydalarına necə riayət olunur? - FOTO/VİDEO

13:55 10.07.2020

Dünya ölkələri karantini sərtləşdirir: Çıxış yolu yalnız budur

13:41 10.07.2020

Kliniki Tibbi Mərkəzin reanimatoluqu koronavirusa yoluxdu

13:31 10.07.2020

Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ

13:20 10.07.2020

Sabah yağış yağacaq

13:06 10.07.2020

Çingiz Qənizadənin oğlu Nərimanov prokurorunun müavini təyin edildi