Körpələrin kökəlməsi onların gələcəyi üçün təhlükəlidir.
Belə bir problemi yaşayan ailələrdən biri Hindistanda yaşayan Nandwana ailəsidir.
Ailənin 4 uşağından 3-ü köklük xəstəliyinin qurbanıdır.
Yaşlarından artıq çəkili olan uşaqlar yeriməkdə problem yaşayır. Valideynlərinin bildirdiyinə görə həddindən artıq çox yemək yeyən körpələrin yaşı artdıqca ailəni imkanı onları doyuzdurmağa çatmır. Çarəsiz qalan ata uşaqları bu xəstəlikdən qurtarmaq üçün böyrəyini satmaq istəyir.
Həkimlər də həll yolunu uşaqları müalicə etməkdə görür. (atv)