"Ata, mən gedib orada şəhid olacağam, sən də mənimlə həmişə fəxr edəcəksən"

"Ata, mən gedib orada şəhid olacağam, sən də mənimlə həmişə fəxr edəcəksən"
SOSİAL
17:35 09.04.2016
5449
Şəmkirlilər daha iki şəhidini son mənzilə yola salıblar.
Kəpəz TV (Region TV) xəbər verir ki, düşmənlə təmas xəttində şəhid olan daha iki əsgər bu gün doğulub boya-başa çatdıqları Şəmkir rayonunda dəfn edilib. Kür qəsəbəsində və Düyərli kəndində kütləvi insan izdihamı hərbçilərimizə olan ehtiramı nümayiş etdirib.
Tovuz sakini, 20 yaşlı Vüsal Alıyev cəbhənin Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhidlə vida mərasimi uzun illər yaşadığı Şəmkirin Kür qəsəbəsində baş tutub. Şərəfli döyüş yolu, vətənin bütövlüyü uğrunda göstərdiyi şücaət, vətənə və dövlətə bağlılığı barədə Vüsal Alıyevin dəfn mərasiminə toplaşanlar söz açıblar. Düşmənə layiqli müqavimət göstərən əsgər 2014-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb və ehtiyata buraxılmasına bir neçə gün qalıbmış. Şəhidin nəşi kütləvi insan axınının müşayiəti ilə Kür qəsəbə qəbristanlığına gətirilib. Tabutun büküldüyü Azərbaycan bayrağı Vüsal Alıyevin ailə üzvlərinə təqdim olunub. Dövlət himninin sədaları altında yaylım atəşi açılıb.
İlham Ələkbərov - şəhidin atası: "Mənim oğlum şəhid olduğu üçün mən onunla qürur duyuram. Ona görə ki, mənim oğlum vətən üçün canından keçdi. Mən iki oğlumun birini itirdim. Onlar əkiz qardaşlar idi. Vətən sağ olsun!"
Vüqar Əliyev - şəhidin qardaşı: "Allah bütün şəhidlərimizə rəhmət etsin! Mənim qardaşım mərdliklə döyüşdü, sonda isə vətən yolunda şəhid oldu. Onun qanı yerdə qalmayacaq. İnşallah, sona qədər gedib, şəhidlərimizin qısasını alacağıq. Bunu biz etməyəndə kim edəcək?!"
2015-ci ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən ordu sıralarına göndərilən Altun Dəmirli isə Tərtər istiqatində gedən döyüşlərdə fədəkarlıq nümayiş etdirirək həlak olub. Düyərli kəndində şəhid son mənzilə qəhrəman kimi yola salınıb. 19 yaşlı Altun Dəmirlinin ailə üzvlərinə başsağlığı verilib.
Fərman Dəmirli - şəhidin atası: "Mənim oğlum hələ 16 yaşında ərizə yazıb, cəbhəyə getmək istəyirdi. O həmişə deyirdi ki, gedib Qarabağı mən alacağam. Mənə deyirdi ki, ata, mən gedib orada şəhid olacağam, sən də mənimlə həmişə fəxr edəcəksən. Bütün şəhidlərimizə Allah rəhmət etsin!"
Altun Əmirli Düyərli kənd qəbristanlığında Dövlət himninin sədaları ilə, yaylım atəşi altında torpağa tapşırılıb. Enməzliyi uğrunda canından keçdiyi Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb