“Mercedes” markalı avtomobil maneəyə çırpılıb.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
AZXEBER,COM-un Lent.az-a istinadən məlumatına görə, Sabunçu rayonu ərazisində Ramin İbrahimovun idarə etdiyi “Mercedes” markalı avtomobil maneəyə çırpılıb. Nəticdə avtomobildə olan sərnişinlərdən sürücünün qızı, 2000-ci il təvəllüdlü Salayeva Cəvanə Ramin qızı ağır bədən xəsarətləri alıb. 15 yaşlı qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.