Ata və oğlunu güllələyən şəxs danışdı: Niyə, neyləmişəm ona? - VİDEO

Ata və oğlunu güllələyən şəxs danışdı: Niyə, neyləmişəm ona? - VİDEO
Bütün Xəbərlər
18:25 02.10.2014
3600
“Özümü qoruyurdum”.
Ötən gün Bakıda silahlı insident baş verib. Hadisə Binəqədi rayonunda Dərnəgül şosesində qeydə alınıb. Yaralılardan iki nəfər - 1958-ci il təvəllüdlü Rövşən Savalan oğlu Əliyev və 1998-ci il təvəllüdlü Ayxan Savalanlı 1 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarət alanlar ata-oğuldur.
AZXEBER.COM xəbər verir ki, xəstəxanadan APA TV-yə verilən məlumata görə, güllə yarası alan şəxslərin vəziyyəti orta-ağırdır. Onlar hazırda reanimasiya şöbəsində müalicə olunurlar.
 
Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
 
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Ağdam rayonundan məcburi köçkün düşən 1973-cü il təvəllüdlü Hicran İbrahim oğlu Səfərov aralarında yaranan münaqişə zəminində özünə məxsus ov tüfəngi ilə həmyerlisi Rövşən Savalan oğlu Əliyevə və onun oğlu Ayxan Savalanlıya ov tüfəngindən atəş açıb. O, silahı 2 ay əvvəl ovçu ləvazimatları satılan mağazadan alıb.
Hadisəni törədən Hicran Səfərov saxlanılıb: “Özümü qoruyurdum. Əlində boru vardı, mən də onun əmisi oğluyla söhbət edirdim. Qalxdı ki, məni vursun. Başımı əyməsəydim, dəyəcəkdi. Niyə, neyləmişəm ona? Ata-bala ikisini də vurdum”.
 
Faktla bağlı araşdırma davam edir.
OXŞAR XƏBƏRLƏR