Atambayev Bakıda

Atambayev Bakıda
Bütün Xəbərlər
10:12 30.03.2012
1120

Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb. Hava limanının ali qonaqlar üçün salonunda prezident Almazbek Atambayev və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

OXŞAR XƏBƏRLƏR