"Atamın ölümünə səbəbkar müğənni Lalə Məmmədovadır"

MAQAZİN
23:12 07.02.2015
11383

Əməkdar artist Lalə Məmmədovanın dayısı Yaşar dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, SİA-ya açıqlama verən mərhumun qızı müğənni Lamiyə Novruzova atasının vəfatında Lalə Məmmədovanı günahlandırıb:

“Atam səhər saatlarında dünyasını dəyişib. Onun xəstə düşməsinə əsas səbəblərdən biri Lalə Məmmədova olub. Mənim onun kimi bibim qızı yoxdur. Atam artıq saatlardır ki, bu dünyadan köçüb. Lakin o hələ də yasa gəlməyib. Hüzr yerinə də gəlsə mən onu qovacağam. O, mənə düşməndən də betərdir. Rəhmətlik atamın adı ilə də özünü reklam etməsin”.

OXŞAR XƏBƏRLƏR