Gənc qızın böyük bacısının da təcavüzə məruz qaldığı üzə çıxıb
Türkiyənin Balıkesir şəhərində zorla bir evə qapadılaraq 44 gün boyunca təcavüz edilən 16 yaşlı G.H. qızlar yataqxanasına göndərilib. Ona təcavüz edən üç şübhəli və qızın atası İ.H. həbs olunub.
Teleqraf.com-un xəbərinə görə, G.H.-nin böyük bacısı N.H. qəzetlərə verdiyi müsahibədə dəhşətli faktlar açıqlayıb: "Evlənməmişdən qabaq atamın evində - öz otağımda 3 dəfə təcavüzə uğradım. Bizi satanın atam, ya anam olduğunu bilmirəm. Ancaq çox çətin günlər yaşadım, qurtuldum. Nə olar, bacımı qurtarın!"
Məhkəmədən əldə edilən məlumata görə, olayla bağlı yeni dəlillər tapılmayıb. Ancaq etirazlar diqqətə alınaraq sərbəst buraxılan 3 şübhəli və ata İ.H. polis tərəfindən həbs olunub. Faktla bağlı araşdırma davam edir.

