Atatürkün heykəli 15 iyul Meydanından belə söküldü - FOTOLAR

Atatürkün heykəli 15 iyul Meydanından belə söküldü - FOTOLAR
DÜNYA
10:37 23.12.2016
865

Türkiyənin Rize şəhərində 15 iyul Demokratiya və Cumhuriyyət Meydanında aparılan yeniləmə layihəsi çərçivəsində Mustafa Kamal Atatürkün heykəli sökülərək valiliyin qarşısına yerləşdirilib.

Bu hadisə yerli əhali arasında narazılığa səbəb olub.

"Atatürkçü Düşüncə Dərnəyi”nin (ADD) sədri Ömər Torpaq ilə CHP İdarə Heyətinin üzvü Saltuk Dəniz heykəlin qaldırılmasına etiraz olaraq səlahiyyətli şəxslərlə mübahisə ediblər.

Polislər müdaxilə edərək hər iki şəxsi ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, M.K.Atatürkün heykəlinin yerində 15 iyul şəhidlərinin abidəsi qoyulacaq.



OXŞAR XƏBƏRLƏR