ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
İQTİSADİYYAT
15:56 28.07.2026
202

ATB-nin rəhbərliyi Visa beynəlxalq ödəniş sisteminin nümayəndə heyəti ilə işgüzar görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı tərəflər ATB ilə Visa arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi, innovativ ödəniş həllərinin inkişafı və müştərilər üçün yeni dəyər yaradan məhsulların tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar.

Müzakirələr çərçivəsində süni intellekt əsaslı maliyyə həlləri, internet üzərindən həyata keçirilən ödənişlərdə biometrik autentifikasiya texnologiyalarının tətbiqi, eləcə də korporativ müştərilər üçün innovativ xidmət və məhsulların inkişaf perspektivləri nəzərdən keçirilib.

ATB müasir texnologiyaların tətbiqi, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi vasitəsilə müştərilərinə daha innovativ, təhlükəsiz və rahat maliyyə xidmətləri təqdim etmək istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

 

 

 

OXŞAR XƏBƏRLƏR