Atəşkəs pozuldu: 2 əsgərimiz yaralandı

Atəşkəs pozuldu: 2 əsgərimiz yaralandı
Bütün Xəbərlər
19:20 12.04.2012
1246
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun 2 əsgəri yaralanıb. Müdafiə Nazirliyindən bildiriblər ki, hadisə çərşənbə günü cəbhənin Tərtər istiqamətində qeydə alınıb.Yaralanan əsgərlər Göyçay rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Məmmədli Əzizxan Azad oğlu və Suraxanı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hacıvev Ramiz Məhəmməd oğludur.Nazirlikdən hazırda əsgərlərin vəziyyətinin kafi olduğunu deyiblər.
OXŞAR XƏBƏRLƏR