Atəşkəs pozuldu - Daha bir erməni məhv edildi

Atəşkəs pozuldu -  Daha bir erməni məhv edildi
Bütün Xəbərlər
13:28 09.12.2015
1350
Xəbər verdiyimiz kimi, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Ermənistan ordusunda müqavilə ilə xidmət göstərən 24 yaşlı Qarik Qurqenoviç Avanesyan öldürülüb.
OXŞAR XƏBƏRLƏR