Atəşkəs yenidən pozulub – CƏBHƏDƏN XƏBƏR VAR

Atəşkəs yenidən pozulub – CƏBHƏDƏN XƏBƏR VAR
Bütün Xəbərlər
11:10 01.02.2012
1134

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 31-də saat 18:10-dan 18:20-dək, 19:25-dən 19:40-dək və 23:35-dən 23:50-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, fevralın 1-də saat 02:15-dən 02:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 03:50-dən 04:10-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR