Atəşkəsin pozulması nəticəsində sakinlərə məxsus mal qara tələf oldu
Bütün Xəbərlər
09:58 22.01.2013
1048
Tərtərin cəbhə xəttindəki Həsənqaya kəndində ermənilər sakinlərə məxsus mal-qaranı gülləbaran edib. Nəticədə sakinlərə məxsusu 30 başa qədər xırdabuynuzlu mal qara tələf olub. Hadisə ötən gün axşam saatlarında baş verib. Həsənqaya kəndinin sakinlərinə məxsus sürü təmas xəttinə yaxınlaşıb. Bu zaman ermənistan ordusunun əsgərləri sürünü və çobanı atəşə tutub.Atışma nəticəsində heyvanlardan 20-yə qədəri tələf olub. Şahidlərin sözlərinə görə heyvanların bir hissəsi isə atışmanın səsindən ürkərək minalanmış əraziyə girib və minaların partlaması nəticəsində sürünün bir hissəsi də burada tələf olub. Qalan heyvanları isə Azərbaycan ordusunun əsgərlərinin köməyi ilə təmas xəttindən uzaqlaşdırmaq mümkün olub.