ATGT-də virtual konfrans keçirildi

GƏNCLİK
00:29 02.09.2011
2158

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) fəaliyyəti davam edir. Xatırladaq ki, avqustun əvvəllərində Qəbələdə MDB ölkələrinin tələbələrinin iştirakı ilə reallaşdırılmış beynəlxalq yay məktəb-düşərgəsindən sonra ATGTİ daha bir beynəlxalq tədbirdə iştirak etdi.

Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə, avqustun 31-də Azərbaycanın, Qazaxıstanın, Tacikistanın, Qırğızıstanın və Özbəkistanın QHT nümayəndələrinin və dövlət rəsmilərnin iştirakı ilə Qazaxıstanın Karaqanda şəhərində “Orta Asiya ölkələri QHT-lərinin əməkdaşlığı” mövzusunda virtual konfransı keçirildi. Konfransda Azərbaycan tərəfindən ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin direktoru Rəna İbrahimova iştirak edirdi. R.İbrahimova konfrans iştirakçılarına ATGTİ haqqda məlumat verərək, təşkilatın reallaşdırdığı layihələr barədə onları məlumatlandırdı. Rəna xanım bildirdi ki, “Bu gün Cənubi Qafqazda ən böyük tələbə təşkilatı olan ATGTİ tələbələrin inkişafına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə hazırdı”. QHT-lərin cəmiyyətimizdəki rolundan danışan R.İbrahimova tələblərin sosial-mədəni inkişafında onların xüsusi rol oynadığını vurğuladı.

5 tərəfli virtual konfransın iştirakçıları öz ölkələrində QHT-lərin inkişafı və gələcək əməkdaşlıq sahələrini müzakirə etdilər. Bildiririk ki, virtual konfransda ölkələrimiz arasında tələbə mübadiləsi, sosial layihələrin reallaşdırılması və ölkələrimizin QHT-lərinin inkişafı və s. bu kimi məsələlər xüsusi vurğulanaraq, əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirildi.

OXŞAR XƏBƏRLƏR