ATGTİ Ümumçin Gənclər Federasiyasının nümayəndələri ilə görüşdü - FOTOLAR

GƏNCLİK
08:35 15.07.2011
1974

ATGTİ-dən AZXEBER.COM-a verilən məlumata görə, görüşün əvvəlində qonaqları salamlayan ATGTİ sədri Şahin İsmayilov onlara rəhbərlik etdiyi ittifaq haqqında məlumat verib.  Ardından işçi heyətini təqdim edən Ş.İsmayilov ATGTİ-nin həyata keçirdiyi layihə və tədbirlər haqqında danışıb.

Çin tərəfindən çıxış edən ÜGF katibinin müavini Çu Feng (Chu Feng) ölkəsində həyata keçirilən dövlət gənclər siyasətindən danışaraq bildirdi ki, Çin Xalq Respublikasında (ÇXR) da Ümümçin Tələbə İttifaqı fəaliyyət göstərir. 1917-ci ildə yaranan bu ittifaq hazırda  özündə 30 milyon tələbəni birləşdirir. Çu Feng onu da qeyd etdi ki, ölkəsinin gənclər siyasəti yeni gənc liderlərin formalaşmasına yönəlib və bu istiqamətdə xüsusi təlim-tədris proqramı həyata keçirilir.

Görüşün davamında ATGTİ və ÜGF arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Yeni yaranan əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı. Ş.İsmayilov bildirdi ki, ATGTİ-nin həyata keçirdiyi beynəlxalq tədbirlərdə ÇXR-dan olan gənclərin də iştirakı qarşılıqlı tərəfdaşlığın inkişafına təkan verəcək.

Qonaqlar İttifaqa ölkələrinin milli mədəniyyətini əks etdirən hədiyyələr təqdim etdilər və sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR