ATGTİ “Gələcəyə Yaşıl Addımlarla” gedir

ATGTİ “Gələcəyə Yaşıl Addımlarla” gedir
GƏNCLİK
19:45 30.11.2010
3147

İttifaqdan AZXEBER.COM-a verilən məlumata görə, İttifaqın Hüquq İşçi qrupu “Parlament” başlığı altında ATGTİ-nin qərargahında 3 tədbir keçirməyi nəzərdə tutur. Tədbirlər dekabrın 4-ü, 11-i və 18-də keçiriləcək.

Dekabrın 4-dü saat 12.00-da təşkil olunacaq “Dünya ölkələrinin Qanunvericilik orqanları” interaktiv görüşündə mütəxəssis qismində Bakı Dövlət Universitetinin (BDU) hüquq fakultəsinin dekan müavini, baş müəllim Elşad Nəsirov iştirak edəcək. Görüşün əsas məqsədi gənclərə hər ölkənin Qanunverici oraqnını özəlliklərini və onlar arasında olan fərqləri izah etməkdir. Görüşdə iştirak edən gənclər mövzu ilə əlaqədar suallarını mütəxəssisə ünvanlaya biləcəklər.

Eyni zamanda, 4-5 dekabr 2010-cu il tarixində ATGTİ Tarix İşçi qrupu "Erməni terrorizmi və tarixi həqiqətlər " mövzusunda keçirilən seminarın davamı kimi 2 günlük təlim təşkil edir. Təlimin əsas məqsədi, gənclərimizin bu sahədə biliklərinin artırilmasına kömək etmək və ermənlərin sosial şəbəkələrdə apardıqları virtual təşviqata qarşı müqaviməti möhkəmləndirməkdir. Təlimi BDU-nun Tarix fakultəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli aparacaq.

Bundan əlavə, ATGTİ Ekologiya İşçi Qrupu qlobal ekoloji problemlərin yaranması və onların cəmiyyətin diqqətinə yetəri qədər çatdırılmaması məsələsinin həlli üçün müxtəlif fəaliyyət istiqamətlərini müzakirə edərək, “Gələcəyə Yaşıl Addımlarla” layihəsinin icrasına başlayacaq.
Belə ki, layihəyə qoşulan gəclər ekoloji problemləri daha yaxından tanımış olacaq, asudə vaxtlarından səmərəli istifadə etmiş olcaq və komanda şəklində fəaliyyət bacarığının formalaşdırılmasına nail olacaqlar.

“Gələcəyə Yaşıl Addımlarla” layihəsində Azərbaycanın 12 Ali Təhsil Ocağının iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində hər Ali Təhsil Ocağının müvafiq qeydiyyatlardan keçmiş 2 komandası seçiləcək (hər komandada 3 nəfər iştirakçı olacaq), komanda iştirakçıları təqdimat gününə kimi birgə çalışaraq ekoloji problemlərlə bağlı öz layihələrini hazırlayacaqlar. Bu vaxt ərzində iştirakçılarla görüşlər keçiriləcək, onların seçdikləri problem haqqında mütəxəssislərlə müzakirələr aparacaq. Qeyd etmək lazımdır ki, hər 12 Ali Təhsil Ocağının üçün 1nəfər koordinator nəzərdə tutulub.

24 Dekabr 2010-cu il tarixində Gənclərə Yardım Fondunda layihələrin təqdimat mərasimi keçiriləcək. Təqdim olunmuş layihələr münsiflər heyəti tərəfindən qiymətləndirəcək və ən yaxşı layihə hazırlamış komanda qalib elan ediləcək. Qalib komanda serifikat və xatirə hədiyyələri ilə təltif olunacaq.
Layihəyə  ərizələrin son qəbulu tarixi 8 dekabr 2010-cu il tarixinə qədərdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək