ATGTİ-də 1 tələbəyə 1000 kitab

GƏNCLİK
13:34 04.04.2011
2085

Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayılov, “Qafqaz” Universitetinin ictimaiyyətlə əlaqələr üzrə prorektoru Uğur Arif, təşkilatın fəalları və layihənin rəhbəri Ramil Rzayev iştirak ediblər. AZXEBER.COM-un məlumatına əsasən, tədbirdə ATGTİ sədri Şahin İsmayılov layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Təqdimat mərasimində gənclərin ekeltron informasiya vasitələrindən istifadəsi və bu baxımdan “1 Tələbəyə 1000 Kitab” layihəsinin vacibliyindən danışılıb. Mərasimdə layihənin video təqdimatı nümayiş olunub, disklə ümumi tanışlıq keçirilib. Layihənin icra müddəti və xüsusi məqamları qeyd edilib.

Layihə çərçivəsində hər bir tələbə Azərbaycan, Rus, Türk, İngilis, Fransız, Alman və s. dillərdə 1000 kitaba sadəcə 2 AZN ödəməklə sahib ola biləcək. Qeyd olunan kitablar Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti, iqtisadiyyat, Azərbaycannın neft siyasəti, dünya mədəniyyəti, dünya tarixi, incəsənət, siyasət, pedaqoqika, psixologiya, filologiya, tibb, fəlsəfə, hüquq və bu kimi müxtəlif mövzuları əhatə edir.

Qeyd edək ki, artıq 2000-nə yaxın disk hazırlanıb və bu gündən etibarən disklər geniş ictimaiyyətə təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR