Belə ki, ATGTİ üç yeni layihənin icrasına strat verir. Adı gedən layihələr“Layihələr yarmarkası”, “Tələbə Almanaxı” və “Tələbələrin I fotoşəkil müsabiqəsi” layihələridir. Martın əvvəlində icrasına başlanılacaq layihələrdə onlarla tələbələrin iştirakı planlaşdırılır. Layihələrin birinci mərhələsində tələbələrin əsərləri, fotoşəkilləri və layihələri toplanılacaq. Apreldə layihənin ikinci mərhələsi başlayacaq. Bu mərhələdə toplanmış layihələr arasından qalib müəyyən olunacaq və toplanmış əsərlərin, fotoşəkillərin sərgiləri təşkil olunacaq. Bu layihələr tələbələr üçün tam təmənnasız olaraq reallaşdırılacaq.
“Layihələr Yarmarkası”nda tələbələr özlərinin işləyib-hazırladıqları layihələri ATGTİ-yə təqdim edəcəklər. “Layihələr yarmarkası”nın qalibinə öz layihəsini reallaşdırmaq üçün maliyyə vəsaiti təqdim olunacaq.
“Tələbələrin I Fotoşəkil müsabiqəsi”ndə tələbələrin çəkdikləri , özlərində tələbə həyatını əks etdirən fotoşəkillər toplanacaq və bu şəkillər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
“Tələbə almanaxı” layihəsi çərçivəsində şeir yazmağı bacaran, rəsm və fotoşəkil çəkən istedadlı gənclərin yaratdıqları əsərlər toplanaraq “Tələbə almanaxı”nda çap olunacaq.
Qeyd edək ki, layihələrdə bütün ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları (TGT) yaxından iştirak edəcək və əlaqələndirci mərkəz rolunu oynayacaqlar. Seçim zamanı münsiflər qeyri-adi və daha yaradıcı əsərlərə, əl işlərinə, keyfiyyətli və məzmunlu fotoşəkillərə üstünlük veriləcəklər.
Maraqlananlar layihələr haqqında əlavə məlumatları ATGTİ-nin rəsmi saytı- atgti.az ünvanından əldə edə bilərlər.