ATGTİ “Eurovision-2012” üçün könüllülər axtarır

GƏNCLİK
17:14 20.12.2011
2788
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsində könüllü kimi fəaliyyət göstərmək istəyən hər bir gəncə geniş imkan yaradırATGTİ-nin mətbuat katibi Məcid Musayevin AZXEBER.COM-a verdiyi məlumata görə, bu məqsədlə ATGTİ “Eurovision-2012”yə könüllülərin toplanması işinə start verir. Seçilmiş könüllülər adıgedən yarışmanın təşkilində və keçirilməsində yaxından iştirak edəcəklər (Hava limanında qarşılama, akkreditasiya, mətbuat mərkəzində iş və s.). Azərbaycanın ən böyük tələbə təşkilatı olan ATGTİ yarışmanın təşkilati işlətinə 250-dən çox könüllünü cəlb etməyi planlaşdırır. Yarışmada könüllü kimi iştirak etmək istəyənlər öz CV-lərini yaradılmış xüsusi [email protected]/* */ elektron poçtuna göndərə bilərlər. Bu poçt ünvanında könüllülər haqda ümumi məlumat bazası yaradılacaq. Ən qısa vaxtda ilkin seçim mərhələsi başlayacaq. Qeyd edək ki, CV-lər 23 dekabr saat 12:00-a qədər qəbul olunacaq.ATGTİ fəalları yarışmada qalib gəldiyimiz ilk gündən müsabiqənin təbliğində xüsusi aktivlik göstərirlər. Belə ki, təşkilatın fəalları qaliblərimiz Eldar Qasımovu və Nigar Camalı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanmasında yaxından iştirak ediblər, iyulun 15-də ATGTİ-nin qərargahında onlarla görüşü keçiriblər. Bunlarla yanaşı, İttifaqın tərkibində “Eurovision” işçi qrupu yaradılıb. İşçi qrupu öz növbəsində yarışmada fəallarımızın işini koordinasiya edəcək. Xatırladaq ki, "İrəli" İctimai Birliyi də “Eurovision-2012” üçün könüllü xidmət edəcək gənclərin axtarışına başlayıb. Bu haqda AZXEBER.COM-da daha öncə məlumat yayımlanıb. 

OXŞAR XƏBƏRLƏR