Gəncləri maarifləndirmək işini davam etdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tələbələrin bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihə və tədbiləri sırasına “Conversation Club” layihəsini də əlavə edir. Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə, gənclərimizin xarici dil, əsasən də rus və ingilis dili vərdişlərini inkişaf etdirmək məqsədi ilə İttifaq daxilində danışıq klubu fəaliyyətə başlayır. ATGTİ-nin Elm və Təhsil departamenti tərəfindən həyata keçirilən layihənin payız mövsümündən rus və ingilis dilləri üzrə ayrı-ayrı qruplara bölünmüş çox sayda tələbə yararlana biləcək.
Tədrisdə keyfiyyəti əsas hesab edən klub heyəti tələbələrin hər dərsdən əvvəl və sonra tədris materialları ilə təmin olnmalarına köməklik göstərəcək. ATGTİ-yə bu işdə Rusiya Federesiyasının və ABŞ-ın Azərbaycandakı Səfirlikləri dəstək göstərir. Qeyd edək ki, hər iki diplomatik nümayəndəlik “Conversation Club” üçün müxtəlif kitablar, şəkillər, video və audio materiallar, öz dillərinin qısa icmalı əks olunan broşurlar və ölkələrinin bayraqlarını hədiyyə etmişlər.
“Conversation Club”un üç ay davam edəcək payız mövsümünün sonunda fərqlənən tələbələrə sertifikatlar veriləcək.
Qeyd edək ki, ingilis dili kursunda 6 qrupda 10-12, rus dili kursunda isə 5 qrupda 12 nəfər iştirak edəcək. Layihə çərçivəsində ilk dərs 17 sentyabr, saat 10:00-da ATGTİ-nin qərargahında keçiriləcək.