ATGTİ nümayəndələri Azərbaycanı beynəlxalq forumda təmsil edir

GƏNCLİK
20:43 12.12.2011
1954

Xəbər veridiyimiz kimi, 10-19 dekabr 2011-ci il tarixləri arasında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiyanın Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən “Rossotrudniçestvo” təşkilatçılığı ilə "MDB gəncləri-ictimai diplomatiyanın gələcəyi" adlı Beynəlxalq Forum keçirilir.

AZXEBER.COM-un məlumatına görə, ölkəmizi tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nümayəndələri, gənc yazıçılar, sənətşünastlar, tarixçilər və başqaları təmsil edirlər.

Məlumat üçün bildiririk ki, dekabrın 10-dan işə başlayan Forum tam sürətli ilə davam edir. Belə ki geridə qalan 2 gün ərzində ölkəmizin nümayəndələri MDB məkanında fəaliyyət göstərən bır sıra gənclər təşkilatlarının fəalları ilə görüşmüş, onlarla ictimai, ekolojı, sosial problemlər, yeni media növləri və s. məsələlər ətrafında müzakirələr aparmışlar.

Dekabrın 11-də forum iştirakçıları Moksvanın tarixi yerləri və mədəniyyət abidələri ilə tanış olmuşlar. Əsasən İsa xilaskarın kilsəsinə, Qırmızı Meydana, Moskva Kremlinin “Orujeynaya Palatası” na səyahət edən gənclər bu abidələrin tarixi haqqında ətraflı məlumat almışlar. Gənclər daha sonra müasir incəsənət muzeyini səyahət etmişlər.

12 dekabr tarixində forum iştirakçıları “Rossotrudniçestvo”nun sədr müavini Q.L.Muradovla görüşəcək, dövlət rəsmisi ilə MDB məkanında gənclər siyasətinin prioritet məsələləri haqda fikir mübadiləsi aparacaqlar.

Forum ərzində iştirakçı ölkələr mədəniyyətlərarası dialoq mövzusunda dəyirmi masalar keçirərək, öz ölkələrinin tarixini, milli adət-ənənələrini, musiqilərini təqdim edəcəklər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti təqdimata geniş hazırlıq işləri aparıb. Nümayəndələrimiz təqdimat üçün ölkəmizin qədim tarixindən və zəngin milli irsindən, mətbəxindən bəhs edən xüsusi video çarx hazırlayıblar. Bundan əlavə ölkəmiz barədə 3 dildə (Azərbaycan, rus və ingilis) məlumat kitabçaları və bukletlər digər iştirakçı gənclərə paylanacaq.

Forum ərzində iştirakçılar müxtəlif mövzularda plenar iclaslara da qatılacaqlar.

Sonda isə Forumun işinin yekunlarına dair qətnamə qəbul ediləcək.

OXŞAR XƏBƏRLƏR