ATGTİ sədri '27 fevral tələbə etirazı günü'ndən danışdı: 'Bu gülməli bir şeydir'

GƏNCLİK
12:41 19.02.2013
2492
"Ola bilsin ki, 5-10 nəfər tələbə dərsə getməsin. Ancaq əksər tələbələrin bunu edəcəyinə inanmıram". 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov "facebook"da yaradılan "27 mart - Tələbə etirazı günü"nə münasibət bildirərkən deyib. O deyib ki, həmin aksiyaya qoşulacaq insanların böyük qismi tələbə deyil: "Açığı “Facebook”da bu məsələ ilə maraqlandım. 35-40 yaşlı insanlar bildirirlər ki, universiteti boykot edib dərsə getməyəcəklər. Mənə maraqlıdır, bu yaşda insanlar hansı universitetdə təhsil alırlar? Bir neçəsini şəxsən tanıyıram. Ali təhsillərini 10-15 il əvvəl başa vurublar. Yalandan qatılırlar ki, oradakı rəqəm artsın". O ki qaldı Azərbaycan tələbələrinin dərsi boykot etməsinə, bu gülməli bir şeydi. Onlar tələbələri doğru-düzgün bir şeyə, təhsilə çağırmaqdansa, belə şeyə çağırırlar. Tələbələr dərsə getməyəcək, qaibləri yığılacaq, problemləri yaranacaq. Ondan sonra başlayacaqlar başqa məsələləri qaldırıb öz siyasi fikirləri üzərindən şoular qurmağa. Bunlar mənasız və əhəmiyyətsiz, ciddiyə alınmayası şeylərdir. Tələbənin ən önəmli şeyi onun təhsilidir, təhsildən ayrılan tələbə nə tələbədir? 
ATGTİ sədri sonda tələbələrə müraciət edib: "Tələbələr hamısı bizim dostlarımız, qardaşlarımızdır və mən onları belə məsələlərə uymamağa çağırıram. Əksinə, təhsillərini gücləndirsinlər, daha çox diqqət versinlər"Ceyhun

OXŞAR XƏBƏRLƏR