ATGTİ-yə yeni sədr seçiləcək - QURULTAY

GƏNCLİK
13:06 31.05.2012
1583
39 ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatını özündə birləşdirən və ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2012-ci il 2 iyun saat 11:00-da Gülüstan Sarayında II seçki-hesabat qurultayını keçirəcək. AGİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, qurultayda İttifaqa yeni üzvlərin, orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT-lərin) qəbulu, eyni zamanda təşkilatın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, ATGTİ-nin yeni sədrinin, əlaqələndirmə şurasının və idarə heyətinin seçilməsi nəzərdə tutulub. Xatırladırıq ki, budəfəki II seçki-hesabat qurultayında ittifaqa daxil olan TGT-lərin sayının 80-ə çatacağı planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR