"Atletiko" Qrizmannın müqaviləsinin müddətini uzatdığını açıqlayıb

"Atletiko" Qrizmannın müqaviləsinin müddətini uzatdığını açıqlayıb
İDMAN
19:40 02.06.2025
806
İspaniyanın "Atletiko" klubu futbolçusu Antuan Qrizmannın müqaviləsinin müddətini uzadıb.

Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Anlaşmaya əsasən, 34 yaşlı hücumçunun yeni sözləşməsinin vaxtı 2027-ci il iyunun 30-da başa çatacaq.

Qeyd edək ki, fransalı forvard başa çatan mövsümdə "Atletiko" forması ilə 53 matçda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///report
OXŞAR XƏBƏRLƏR