ATU-nun beş qrupunun tələbələrində koronavirus aşkarlandı: Əyani təhsil dayandırıldı

ATU-nun beş qrupunun tələbələrində koronavirus aşkarlandı: Əyani təhsil dayandırıldı
SOSİAL
17:47 18.10.2021
767
Azərbaycan Tibb Universitetində son bir həftə ərzində beş qrupda tələbələr arasında koronavirusa yoluxma halı qeydə alınıb.

Universitetdən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, həmin qruplar distant təhsilə keçib.

Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin SABAH qruplarında və Azərbaycan Texniki Universitetində tələbələr arasında koronavirus aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR