ATV-də ‘Yarpak Dökümü’ – Tanınmış aparıcı kanaldan getdi

ATV-də ‘Yarpak Dökümü’ – Tanınmış aparıcı kanaldan getdi
MEDİA
14:53 24.08.2012
3781

“106.3 FM”in rəhbəri tele-aparıcı Emin Musəvi vəzifəsindən gedib.

AZXEBER.COM-un məlumatına görə, Azad Azərbaycan Teleradio Şirkətinin tanınmış simalarından biri Emin Musəvi işdən ayrılıb.

AZXEBER.COM portal olaraq məsələ ilə bağlı tanınmış tele-aparıcının özü ilə əlaqə saxladıq. Emin Musəvi öz istəyi ilə belə bir qərara gəldiyini bildirdi: “Öz istəyimlə şirkəti tərk etdim. Hələlik heç bir açıqlama vermək fikrim yoxdur”.

Emin Musəvi televiziya sahəsində qalıb-qalmayacağına da aydınlıq gətirdi: “Mənim hələki bu sahhədə bir sıra işlərim var. Parallel olaraq tam fərqli sahədə də çalışıram. Ancaq bütövlükdə bundan sonra hansı sahədə çalışacağımı tam dəqiqliyi ilə deyə bilməyəcəyəm”.

Qeyd edək ki, E. Musəvi əvvəllər “Space” Telekanalında aparıcı kimi çalışıb. 1999-2000-ci illərdə Azad Azərbaycan Telekompaniyasının ilk əməkdaşlarından olub. 2004-cü ildə ATV-nin 106.3 FM radiosu yaranandan bəri burada fəaliyyətini davam etdirib və 8 il radioda çalışıb. Eyni zamanda ATV-də “Rəsmilər qeyri-rəsmi”, “22ci saat” kimi müəllif verilişləri hazırlayıb.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR