ATV-nin aparıcıları klipə çəkiləcəklər - "Selfie"yə hazır olun

ATV-nin aparıcıları klipə çəkiləcəklər - "Selfie"yə hazır olun
Bütün Xəbərlər
13:26 17.08.2015
1458
Şou-biznesə yenicə qatılaraq çoxları tərəfindən marağa səbəb olan RS qardaşları, deyəsən tezliklə ön sıralarda olmağı qarşılarına məqsəd qoyublar. “Düşünərəm mən” adlı ilk mahnıları ilə sevilən qardaşlar, ikinci hitlərini də mediaya təqdim ediblər.
“Selfie” adlı yeni hit ilə böyük partlayışa hazırlaşan RS qardaşları həm yayın, həm də gündəmin dəbi ilə ayaqlaşıblar. Tezliklə “Selfie” adlı mahnılarına klip çəkdirməyi planlaşdıran qardaşlar Qaynar.info saytına açıqlamasında onu da bildiriblər ki, klipə ATV kanalının məşhur simaları da çəkiləcəklər.
Xatırladaq ki, RS qardaşlarının üzvü Rəşad, Azad Azərbaycan (ATV) kanalının uzun müddətdir ki, həm anonslarını səsləndirir, həm də bir müddət 106 FM radiosunda aparıcı kimi fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR