ATV-nin beş aparıcısı efirdən uzaqlaşdırılıb

ATV-nin beş aparıcısı efirdən uzaqlaşdırılıb
MEDİA
20:00 14.03.2014
3203

Mətbuatda yer alan xəbərlərə əsasən, “Azad Azərbaycan” müstəqil teleradio şirkətinin (ATV) 5 teleaparıcısı işdən azad edilib.

Gün.Axəbər verir ki, məlumatda bildirlir ki, ATV-nin aparıcıları Ceyhun Əli, Gülnar Muxtarqızı, Alidə Mustafayeva, Günel Bəhramqızı və Nuranə Əliyeva efirdən kənarlaşdırılıb.Əldə etdiyimiz məlumata görə, adıçəkilən aparıcılar efirdən kənarlaşdırılsa da, şirkətdən çıxarılmayıblar. Ola bilsin ki, onlardan bəziləri yaxın günlərdə yeni layihə ilə ATV-nin efirində görünəcək.Ceyhun Əli Gün.Az-a açıqlamasında bildirib ki, bu, telekanal daxilində olan adi prosedur qaydalarıdır.“Bu əhəmiyyətli bir şey deyil, adi prosedur qaydadır. Hələ ki, bu haqda danışmaq istəmirəm. Mən hazırda işdəyəm”.Alidə Mustafayeva isə bununla bağlı özünün Facebook profilində status yazıb: “İşdən çıxarılmamışam, sakitləşin. Çıxsam, birinci sizə deyəcəyəm”.Xatırladaq ki, bu yaxınlarda ATV-nin efirində yayımlanan bir neçə veriliş də bağlanıb.

OXŞAR XƏBƏRLƏR