ATV-nin keçmiş rəhbərliyi: 'ATV-yə gələnlər öz adamlarımızdır' - AÇIQLAMA
MEDİA
01:41 19.05.2012
2296
«Bəzi mətbuat orqanlarında İbrahimovlar ailəsinin «vurulması» ilə bağlı yayılan iddiaların əsası yoxdur. ATV kanalının rəhbərliyindən getsək də, oraya gələnlər öz adamlarımızdır».Bu sözləri “Azad Azərbaycan” telekanalının (ATV) keçmiş vitse-prezidenti Natiq İbrahimov son günlər ətraflarında baş verənlərə münasibət bildirərkən söyləyib. Natiq İbrahimovun sözlərinə görə, mövcud iqtidar üçün «arzuolunmaz» şəxslərə çevrilmələri barədə iddialar əsassızdır: «Biz 100 milyardlıq şəhər tikirik. «Vurulan» adamlar bunu edə bilər?».