ATV ‘Səni Axtarıram’ verilişini yarıda kəsdi

ATV ‘Səni Axtarıram’ verilişini yarıda kəsdi
MEDİA
00:46 24.11.2014
13367

ATV kanalında yayımlanan "Səni Axtarıram" verilişinin az öncə yayımı yarıda kəsilib.

AZXEBER.COM-un ölkə.az-a istinadən verdiyi  xəbərə görə, ölkəmizdə ən çox izlənilən, bir çoxları tərəfindən isə kəskin tənqid edilən, aparıcılığını Xoşqədəm Hidayətqızının etdiyi "Səni Axtarıram" verilişi bu gün saat 22:00-da başlamasına baxmayaraq 22:45-dən etibarən yayımı dayanıb. ATV kanalında alt yazı olaraq "Verilişin texniki səbəblərə görə dayandığı" yazılsa da bu istər istəməz sual doğurur.

Verilişin yerinə film nümayiş edilsə də, müəyyən müddət sonra verilişin yayımı bərpa edilib. 

OXŞAR XƏBƏRLƏR