ATV-yə yeni rəhbər gəldi

ATV-yə yeni rəhbər gəldi
MEDİA
14:02 14.05.2012
2259

Bu gün “Azad Azərbaycan” Teleradio Şirkətinin rəhbərliyində dəyişiklik baş verib.

AZXEBER.COM-un məlumatına görə, şirkətin prezidenti Tağı İbrahimov tutduğu vəzifədən azad edilib. Bu vəzifəyə Vüqar Qaradağlı təyin olunub. Yeni prezidentin artıq ATV-də olduğu bildirilir.

Qeyd edək ki,Vüqar Qaradağlı media sahəsində kifayət qədər təcrübəli mütəxəssisdir. O, 1999-cu il mayın 5-dən işıq üzü görən «Bizim əsr» və elə həmin il iyunun 4-dən nəşrə başlayan «Naş vek» qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan «Radio Lider»in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq»in baş direktoru işləyib (2006-ci il sentyabrın 1-dək) Vüqar Qaradağlı “Mərkəz” qəzetinin də baş redaktoru olub.

OXŞAR XƏBƏRLƏR