“ATV”nin eks-prezidentinin dizayner qızı- Foto

“ATV”nin eks-prezidentinin dizayner qızı- Foto
Bütün Xəbərlər
19:05 30.04.2015
4101
“ATV”nin keçmiş prezidenti Tağı İbrahimovun qızı, dizayner Gülşən Tağı “Baku Fashion Week”lə bağlı keçirilən mətbuat konfransına qatılıb.
“Qafqazinfo”nun məlumatına görə, jurnalistlərin suallarını cavablandıran modelyer Azərbaycan qadınlarından söhbət açıb:
“Bir qadın olaraq qeyri-adi geyinməyi, risk etməyi sevirəm. Lakin insanlar mənim geyimlərimi təəccüblə qarşılayır. Azərbaycan qadınları çox gözəldi. Mən hər zaman bunu demişəm. Geyimləri hazırlayarkən qarşımdakı qadının istəklərini nəzərə alıram. Onların istəklərinə hörmətlə yanaşıram. Müxtəlif xasiyyətli insanlar var, bizim mentalitetimizi nəzərə alıram. Bəzən hazırladığım geyim çox gözəl olur, amma müştəri istəmir ki, əri qoymur. Qadınları bədən ölçülərinə görə libaslar geyinməyi məsləhət görürəm. Kök qadın açıq-saçıq geyinəndə çox vulqar görünür. Onlara kilolarını gizlətməyi məsləhət görürəm”.
Modelyer mayda keçiriləcək dəfilə üçün hazırladığı kolleksiyadan da danışıb:
“Yeni kolleksiyam “Siyahlar içində bəyaz” adlanır. Bu il ağ və qara rənglər dəbdədir. Klassikaya önəm verdim. Bu kolleksiyada fərqli gəlinliklər təqdim edəcəm. Bu dəfə fata saçın arxasına taxılmayacaq. Fata gəlinliyin ön hissəsinə tikiləcək və öndən arxaya atılacaq”.
OXŞAR XƏBƏRLƏR