Audiovizual Şura: Bəzi kanallarda işarət dili test olaraq yayımlanır

Audiovizual Şura: Bəzi kanallarda işarət dili test olaraq yayımlanır
MEDİA
16:47 22.05.2025
322
Artıq "İTV”, "Mədəniyyət TV” və "İdman TV” kanallarında bəzi xəbər buraxılışları işarət dili tərcüməsi ilə test olaraq yayımlanır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Qeyd edilib ki, mayın 20-də Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə keçirilmiş görüşdə yayımçılar tərəfindən qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyi və yaxın zamanlarda televiziya kanallarında praym-taym zamanı yayımlanan informasiya proqramlarının işarət dili tərcüməsi ilə müşayiətinin təmin ediləcəyini bildirib.

Audiovizual Şuranın qeyd olunan yayımçılarla sıx təmasda olduğu vurğulanıb: "Yaxın zamanlarda praym-taymda yayımlanan bütün informasiya proqramlarının işarət dili tərcüməsinin müşayiəti ilə yayımlanmasının təmin edilməsi istiqamətində intensiv fəaliyyət aparır”.

Audiovizual Şuradan ailə kanalının yaradılması məsələsi ilə bağlı da bildirilib ki, yerüstü yayımla bağlı gələcəkdə elan ediləcək müsabiqələrdə iştirak edəcək iddiaçılar bu istiqamətdə təklif verərlərsə, müsabiqə çərçivəsində məsələyə baxıla bilər.
OXŞAR XƏBƏRLƏR