Avqustda gözlənilən hava proqnozu

Avqustda gözlənilən hava proqnozu
SOSİAL
18:14 30.07.2020
998

Avqust ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Avqust ayının birinci ongünlüyünün birinci yarısında respublikanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, arabir güclənən şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Gecələr havanın temperaturu 21-26, gündüzlər 29-34, bəzi günlərdə 36-38 dərəcə isti olacaq.

 

Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-8 mm) gözlənilir.                                          

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə aşağıdır. Gecələr havanın temperaturu 18-23, gündüzlər 28-33, bəzi günlərdə 36-40 dərəcə isti olacaq.

Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 6-10 mm) gözlənilir.                                           

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-29 dərəcə isti olacaq.

Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 32-55 mm) gözlənilir.                                          

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 19-24, gündüzlər 28-33 dərəcə isti olacaq, bəzi günlərdə 35-37 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 15-27 mm) gözlənilir.                                          

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 16-21, gündüzlər 22-27, bəzi günlərdə 30-34 dərəcə isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-116 mm) gözlənilir.                                          

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 20-25, gündüzlər 30-35, bəzi günlərdə 37-40 dərəcə isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-22 mm) gözlənilir.                                          

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə aşağıdır. Gecələr havanın temperaturu 20-25, gündüzlər 25-30, bəzi günlərdə 35 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-83 mm) gözlənilir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı