Avro-2012-nin qrupları müəyyənləşdi

İDMAN
22:28 02.12.2011
2044
Az öncə 2012-ci il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan tədbirdə qitə birinciliyinin qrup mərhələsində komandaların rəqibləri bəlli olub. Pley-off oyunları başa çatandan sonra müəyyənləşən UEFA-nın son reytinqinə əsasən yığmalar 4 səbətə bölünmüşdü. Ukrayna ilə Polşa isə meydan sahibi olduqlarından ilk səbətdə yer almışdılar. Ukraynanın A, Polşanın isə D qrupunda yer alacağı öncədən məlum idi. Beləliklə, püşkatmadan sonra qrupların tərkibi müəyyənləşib. Yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya “ölüm qrupu”na düşüb. Ronaldo və komanda yoldaşları B qrupunda Hollandiya, Danimarka və Almaniya ilə mübarizə aparacaqlar. Digər rəqibimiz Rusiyanın isə bəxti gətirib. Dik Advokatın başçılıq etdiyi komanda A qrupunda Polşa, Yunanıstan və Çexiya ilə qarşılaşacaq.1-ci səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya2-ci səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya3-cü səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç4-cü səbət: Danimarka, Fransa, İrlandiya, ÇexiyaA qrupu Polşa, Yunanıstan, Rusiya, ÇexiyaB qrupu Hollandiya, Danimarka, Almaniya, PortuqaliyaC qrupu İspaniya, İtaliya, İrlandiya, XorvatiyaD qrupu Ukrayna, İsveç, Fransa, İngiltərə

OXŞAR XƏBƏRLƏR