AVRO-2020-yə akkreditasiya alan rusiyalı şərhçinin Bakıya gəlişinə icazə verilmədi

İDMAN
19:01 13.06.2021
349
Rusiyanın "Matç TV” kanalının şərhçisi Konstantin Qeniç nəhayət ki, AVRO-2020-yə akkreditasiya əldə edib. Lakin onun səfər edə biləcəyi şəhərlərin siyahısından Bakının adı çıxarılıb.

Jurnalist özünün "Twitter” səhifəsində müvafiq sənədin fotosunu paylaşıb.

Qeyd edək ki, onun akkreditasiyası vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarına səfər etdiyi üçün rəsmi Bakı tərəfindən etirazla qarşılanıb.

Məhz bu səbəbdən jurnalistə Avropa Çempionatı oyunlarını işıqlandırmaq üçün icazə verilsə də, onun Azərbaycana gəlişi və Bakıda keçirilən oyunları izləməsi qadağan edilib.

OXŞAR XƏBƏRLƏR