"AVRO-2032"yə namizəd olan Türkiyə və İtaliya turniri birgə təşkil edəcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, UEFA oktyabrın 10-da Avro-2032-yə ev sahibliyi edəcək ölkələrin adını açıqlayacaq.
"AVRO 2032"yə ev sahiblik etmək istəyən Rusiyanın bu təklifi Ukrayna müharibəsi səbəbindən etibarsız sayılıb.
Bu səbəbdən turnirə ev sahibliyi etmək imkanı Türkiyə və İtaliyaya qalıb.
UEFA İdarə Heyətinin üzvü Sərvət Yardımcı açıqlamasında "AVRO 2032"yə Türkiyə və Türkiyə ortaqlığından başqa namizəd olmayacaq deyə bildirib:
"AVRO 2032"yə ev sahibliyi etmək üçün son müraciət tarixi keçən ilin sonunda tamamlanıb. Türkiyə və İtaliyanın ev sahibliyi etdiyi turnir ən yaxşı Avropa Çempionatı olacaq. İnanıram ki, çox gözəl təşkil olunacaq".
Günel