“Avromed Company” MMC Ramazan bayramında uşaq sığınacağını ziyarət edib - FOTOLAR

“Avromed Company” MMC Ramazan bayramında uşaq sığınacağını ziyarət edib - FOTOLAR
İQTİSADİYYAT
10:49 16.03.2026
2654
Ölkənin qabaqcıl əczaçılıq şirkətlərindən olan "Avromed Company” MMC mübarək Ramazan bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib.
 
AZXEBER.COM xəbər verir ki, korporativ sosial məsuliyyət prinsiplərini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edən şirkət bu dəfə "Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edərək uşaqların bayram sevincinə ortaq olub.

Ziyarət çərçivəsində "Avromed Company” MMC mərkəzin sakinləri olan uşaqların sağlamlığının qorunması və gündəlik ehtiyaclarının təmin edilməsi məqsədilə genişmiqyaslı dəstək paketi təqdim edib. Şirkət tərəfindən uşaqların immun sisteminin gücləndirilməsi üçün zəruri olan müxtəlif vitamin kompleksləri, bioloji fəallığa malik qida əlavələri və şəxsi gigiyena vasitələri birliyə təhvil verilib. Bu yardım uşaqların daha sağlam böyüməsinə və sığınacağın zəruri təchizatının yaxşılaşdırılmasına xidmət edir.

Göstərilən qayğı ilə yanaşı, uşaqların asudə vaxtının xoş və səmərəli təşkili də diqqət mərkəzində saxlanılıb. Gün ərzində təşkil olunan müxtəlif interaktiv oyunlar və əyləncəli proqramlar uşaqların bayram əhval-ruhiyyəsini daha da artırıb. Peşəkar yanaşma ilə təşkil edilən bu oyunlar uşaqların həm sosiallaşmasına, həm də özlərini cəmiyyətin dəyərli bir üzvü kimi hiss etmələrinə şərait yaradıb.

"Avromed Company” MMC gələcəkdə də sosial layihələrin həyata keçirilməsini və cəmiyyətin həssas təbəqələrinə yönəlmiş xeyriyyə təşəbbüslərinin davam etdirilməsini planlaşdırır.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən "Avromed Company” MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir. Avromed müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.
 

 

 

 

 

 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib