Yollar bağlanıb, aviareyslər təxirə salınıb, dəmir yolu işləmir. Rekord səviyyədə şaxtalı hava Polşa, Rumıniya, Bolqarıstan, Ukrayna, Bosniya və Herseqovinada qeydə alınır.Yalnız Ukraynada şaxtalı hava 63 nəfərin həyatına son qoyub. Polşada 9 nəfər ölüb. 2 nəfər Almaniyada dünyasını dəyişib. Ölənlərin əksəriyyəti ev-eşiksiz insanlardır.