“Avropanın hansısa 20 illik müstəqilliyi olan potsovet ölkəsindən onlardakı kimi demokratik dəyərlərin olmasını gözləməsi tamamilə absurtdur”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə «Human Rights Watch» təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatını şərh edərkən deyib:
“Siyasi məhbus məsələsi artıq Avropa Şurasında müzakirə edilib və müəyyən qərarlar verilib. Ümumiyyətlə Avropanın hansısa 20 illik müstəqilliyi olan potsovet ölkəsindən onlardakı kimi demokratik dəyərlərin olmasını gözləməsi tamamilə absurtdur. Buna baxmayaraq, bizdə də hər bir şüphəli məqamlar araşdırılmalı, həbsdə olan şxəslərlə bağlı ictimaiyyətə məlumatlar verilməldir. Bəzən bunlar edilmədiyi üçün Avropa demokratiyadan Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə başlayır”.
Qeyd edək ki, hesabatda Azərbaycanın Avropa Şurasının öhdəliklərini yerinə yetirmədiyi qeyd olunur. Hesabatda vurğulanır ki, son iki ildə hökumət 38 siyasi fəal, jurnalist, blogger və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürüb və onların çoxsu hazırda həbsdədir.
Əfsələddin Ağalarov