Avropa Hüquqşünas Tələbələr Assosiasiyası beynəlxalq toplantıda iştirak etdi

GƏNCLİK
00:15 24.09.2011
2078

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA Azərbaycanın) Baş Katibi Türkan Mustafayeva Amerika Vəkillər Birliyinin İllik Beynəlxalq Hesabat Toplantısıda iştirak edib.

Bu haqda məlumatı AZXEBER.COM-a Assosiasiyanın Marketing üzrə Vitse-Prezidenti Gülsəfa Cəfərova bildirib.

ELSA Azərbaycanın baş katibi Türkan Mustafayevanın qeyd edir ki, avqust ayında Kanadanın Ontario əyalətinin mərkəz şəhəri olan Torontoda bu ölkənin dövlət orqanlarının dəstəyi ilə Amerika Vəkillər Birliyinin İllik Beynəlxalq Hesabat Toplantısı keçirilib.

Beş gün davam edən toplantılarda Kanada rəsmiləri ilə yanaşı, ABŞ-ın rəsmi nümayəndələri də iştirak edirdilər. Gündəlikdə əsasən vəkillik institutunun inkişafı, hüquq siyasəti, insan hüquqları, hüquq təhsilinin akkreditasiya təmini, ödənişsiz hüquqi xidmət, davamlı hüquq təlimi proqramı və digər hüquqi xidmətlərin göstərilməsi ilə bağlı məsələlərin müzakirəsinə geniş yer verilib.

Amerika Vəkillər Assosiasiyası 400 min nəfərdən artıq üzvü olan və könüllülük prinsipi əsasında yaradılmış birlikdir. Buna görə də tədbirə Kanada və Amerika vəkilləri ilə yanaşı, dünyanın bir çox ölkələrindən nümayəndələr dəvət olunub. Assosiasiyanın verdiyi məlumata görə toplantıda Almaniya, Çin, Böyük Britaniya, Fransa, Cənubi Koreya, İtaliya, Argentina, Makedoniya, Braziliya, İspaniya, Çexiya, Xorvatiya, İran və digər ölkələr Vəkillər Birliklərinin prezidentləri ilə təmsil olunublar.

Türkan Mustafayevanın həmçinin qeyd edib ki, Azərbaycan Vəkillər Kollegiyasını tədbirdə respublikanın tanınmış vəkillərindən biri, Amerika Vəkillər Birliyinin Assosiativ üzvü və 2005-ci ildən Beynəlxalq Vəkillər Birliyinin üzvü Muxtar Mustafayev təmsil edib. Nümayəndələrimiz Amerika Vəkillər Birliyinin hazırkı Prezidenti Stefan N.Zak tərəfindən fəxri qonaq kimi qarşılanıblar.

OXŞAR XƏBƏRLƏR